Peyğəmbər oğlu can verir
Yarası dildə qan verir
Hüseyn düşübdü səcdəyə
Əmini vəhy azan verir
Ölür şəhidi Kərbəla
Ürək yara, kürək yara
Deyir mələklər ey Xuda,
Bu kimdi imtahan verir
Piyadalar, səvarələr
Yaralı cismi yaralar
Yerə süzüb sitarələr
Numaye asiman verir
Sənan əlində bir sinan
Edib cəfasini əyan
Boğazı yara mehiman
Özün oxa nişan verir
Hüseyn gözündə göz yaşı
Nə oğlu var, nə qardaşı
Düşübdü əllərə başı
Nigarə ərməğan verir
Durur əlin vurur yerə
Balalarına səslənə
Gedir Rüqəyyəsin görə
Məgər ədu aman verir
Hüseyn deyir yavaş-yavaş
Bacım məni tapardı kaş
Necə tapar calansa daş
Vəfa bağı xəzan verir
Hüseyn namaza başladı
Onu bir iddə daşladı
Səsi batıb yavaşladı
Cavabın ox vuran verir
İlahi səcdədə başım
Axır üzarə göz yaşım
Çoxalt bu suzu sazımı
Qəbul elə namazımı
Dilim sənadədir Xuda
Əlim duadadır Xuda
Başım bəladadır Xuda
Bədən aradadır Xuda
Tutubdur qan boğazımı
Qəbul elə namazımı
Azan verən balam hanı?
Axıbdı səcdədə qanı
Tutubdur yara hər yanı
Necə çıxar Hüseyn canı?
Bilirsən öz niyazımı
Qəbul elə namazımı