Ey qismətimə düşən biçarə
Gəl etmə ürəyimi parə parə
Dolaşıram tək başlna avarə
Hər bir şey sənə verir işarə
Biləsən yerin ürəkdə boş durur.
Səssiz səssiz içimdə qışqırır.
Onu qoru deyə Allaha tapşırır.
Hər əmanəti sənə verir işarə
Ruhum sənsiz hər an xəstələnir.
Güllər çiçəklər dəstələnir.
Hansı mahnı ki, sənə bəstələnir,
Və nəqarəti sənə verir işarə
Daha bacarmıram tapım əcəli.
Niyə sən görürəm hər gözəli?
Bu şairin hər şeiri qəzəli,
Hər qiraəti sənə verir işarə