Allah Allah mənim Hüseynim yıxılıb qanlı məqtələ
Nə ələmdarı var nə oğlu ucalıb ərşə həl-hələ
Vaveyla ahu vaveyla, şəhidi kərbəla
Vaveyla ahu vaveyla, qəribi kərbəla
Vaveyla ahu vaveyla şəhidi kərbəla
Vaveyla ahu vaveyla niyə gəlməz anam Zəhra.
Tökülübdür qətligahə bu qoşun izdihamilən
Biri nizə vurur biri ox, hamı qəhri tamamilən
Bu nə rəftarıdır İlahi yaralı bir imam ilən
Boğazın nizə incidibdir ürəyin tiri Hərmələ.
Dura bilmir nigarım Allah verə səs ali ismətə
Budur daru nədarım Allah yetişib ovci izzətə
Başını əşgiyayə əyməz olub aşiq şəhadətə
Yol açıbdır behiştə qandan çıxıb ərşi mücəllələ.
Eləyibdir səlati qaim şəcəri dinə qan verir
Qan içində qılır namazın nə gözəl imtahan verir
Cəbərutu cəlali eşqi, mələkutə nişan verir
Bu şəhidin verir şərafət qanı qurani münzələ