Bənd
Bu gün varıq, sabah yoxuq zaman gəlib
Bu çoxluq da, gözəllik də itir gedir..
Ömürə də etibar yoxdur zaman kimi,
Gözünü yumub açırsanki bitir gedir..
Həyat gözəldir yaşamaq lazım..
Nəqarət
Gözəl gündür bu gün bir də olmayacaq,
Gəl bu günü özümüzçün yaşayaq..
Gün gələcək cavanlıq da qalmayacaq,
Gəl bu günü özümüzçün yaşayaq..
Bənd
Dostlara hərdən deyirəm deyək, gülək,
Bu dünya onsuzda heç kimə qalmadı..
Baş qarışdı özümüzə vaxt ayırmadıq,
İllər ötdü keçdi xəbərimiz olmadı..
Həyat gözəldir yaşamaq lazımdır..
Nəqarət
Gözəl gündür bu gün bir də olmayacaq,
Gəl bu günü özümüzçün yaşayaq..
Gün gələcək cavanlıq da qalmayacaq,
Gəl bu günü özümüzçün yaşayaq..
Bənd
Hər anımız saniyəmiz dəyərlidir,
Biz nədən yola getmədik, dolanmadıq?
Bir-birindən uzaqlaşıb, yad olmuşuq,
Ömrümüzdən itirdikki qazanmadıq..
Həyat gözəldir yaşamaq lazımdır..
Nəqarət
Gözəl gündür bu gün bir də olmayacaq,
Gəl bu günü özümüzçün yaşayaq.
Gün gələcək cavanlıq da qalmayacaq,
Gəl bu günü özümüzçün yaşayaq