Bənd 1 :
Qəm çəkib özüm - özümü ovuduram,
Unutmaq istəyirəm, sanıram unuduram
Qış da çata bilmir , mən çox soyuyuram
Bu həyatdan soyuyub candan doyuram..
Dəhşəti odur ki bir insan çox bezə,
Maraq axtarıram mən hey gəzə - gəzə
İnanmaq heç lazım deyil hər bir sözə
Sanki həyat dayanıb mənlə üz üzə..
Nəqarət :
Gülmür üzüm dolur gözüm mən neyləyim bəs ?
Yoxdur sözüm, bitdim özüm, yox artıq həvəs
Yada düşür o günlərim ağlıma gəlir
Köhnə illər heç bir şeyin yerini verməz..
Mənim əvvəlki günlərim de hardadır bəs?
Yaşıyırıq günü - gündən həvəssiz, əbəs
Dözüm yoxdur, tab gətirmir bu canım artıq
Başımızı hər keçən gün yalanla qatdıq..
Bənd 2 :
Eyni günlər yorur məni , təkrarlanır
Gözümdə nifrətin hisləri oyanır,
Olanları mən kənardan izləyirəm
Əl üzməyib Xoş günümü gözləyirəm ..
Dəhşəti odur ki bir insan çox bezə,
Maraq axtarıram mən hey gəzə - gəzə
İnanmaq heç lazım deyil hər bir sözə
Sanki həyat dayanıb mənlə üz üzə..