Getmə dur, sözümü bitirim,
Son duamı dilə gətirim:
Mən özüm kimisin itirim,
Sən özün kimisin sevəsən.
Dəliyəm, dəlidən dəliyəm,
Daha kədərlə sevgiliyəm.
Mən yaşayan bir ölüyəm,
Məni boş ver, sən necəsən?!
(Nəqarət)
Yenə sən, yenə hər dəfə sən,
Yenə yol verdin səhvə sən!
Bizi eşq iki yerə böldü,
Çölə mən düşdüm, evə sən..
(Bəndlər)
Rəssam kimi min fikirəm,
Kor gözümdən yaş tökürəm.
Nəfsimin rəsmin çəkirəm,
Sən onun üçün çərçivəsən.
Bir təsəllisi illərinin,
Ola övladın, ən şirinin.
Adımı daşıyan birinin,
Hər gün əllərini öpəsən.
(Nəqarət)
Yenə sən, yenə hər dəfə sən,
Yenə yol verdin səhvə sən!
Bizi eşq iki yerə böldü,
Çölə mən düşdüm, evə sən