Ali Ashikar x Rizo - Düşmən
Sözlər:
[Bənd 1: Rizo]
Sənə görə yoxdur iradəm
Mözvu sən ol, mən özümdən keçərəm
Gecə-gündüz əlimdə badə
Aşıb daşır, sənsizliyi içərəm
İçimdə səs, sus və danışma
Qorxuram, inanıb olaram peşman
Biri ağlım, biri mənim ürəyim
Bilmirəm axı mənə hansıdır düşman?!
Nəyə görə axı canımı qopardın?
Ruhum mənə zülm edir hər gecələr
Dərdi qoyub, de, nəyi apardın?
Yarım qalan sözlər var, heç edər
İçimdə səs, sus və danışma
Qorxuram, inanıb olaram peşman
Biri ağlım, biri mənim ürəyim
Bilmirəm axı mənə hansıdır düşman?!
[Nəqərat]
Gəlir ayrılıq qoxusu havadan
Odur dərd verən, yaramı qanadan
Tam unutmuşam dediyim arada
Gəldi çıxdı, bilmirəm o haradan?
Deyiləm nə mən, nə sən həmin adam
Keçib il ötüb bu qədər aradan
Daha get, nə gəlmə, məni arama
Varlığın ibarətdir yaradan
Gəlir ayrılıq qoxusu havadan
Odur dərd verən, yaramı qanadan
Tam unutmuşam dediyim arada
Gəldi çıxdı, bilmirəm o haradan?
Deyiləm nə mən, nə sən həmin adam
Keçib il ötüb bu qədər aradan
Daha get, nə gəlmə, məni arama
Varlığın ibarətdir yaradan
[Bənd 2: Ali Ashikar]
Mən nə betər hallara düşdüm
Bilmədin axı, sənsiz mən necəyəm
Yuxularımda səninlə görüşdüm
Tapşırıram sənsizliyi gecəyə
Özüm-özümlə dərdi bölüşdüm
İçə-içə mən dərd verirəm küçəyə
Tanımadığım birinə dönüşdüm
Sındırıb atıram qəlbimi bir şüşəyə
Nəyə görə axı canımı qopardın?
Ruhum mənə zülm edir hər gecələr
Dərdi qoyub, de, nəyi apardın?
Yarım qalan sözlər var, heç edər
İçimdə səs, sus və danışma
Qorxuram, inanıb olaram peşman
Biri ağlım, biri mənim ürəyim
Bilmirəm axı mənə hansıdır düşman?!
[Nəqərat]
Gəlir ayrılıq qoxusu havadan
Odur dərd verən, yaramı qanadan
Tam unutmuşam dediyim arada
Gəldi çıxdı, bilmirəm o haradan?
Deyiləm nə mən, nə sən həmin adam
Keçib il ötüb bu qədər aradan
Daha get, nə gəlmə, məni arama
Varlığın ibarətdir yaradan
Gəlir ayrılıq qoxusu havadan
Odur dərd verən, yaramı qanadan
Tam unutmuşam dediyim arada
Gəldi çıxdı, bilmirəm o haradan?
Deyiləm nə mən, nə sən həmin adam
Keçib il ötüb bu qədər aradan
Daha get, nə gəlmə, məni arama
Varlığın ibarətdir yaradan