[Bənd 1] [AiD]
Sürücü gözündə üstündə 20 yazılı bir qəpik
Rəqibimiz gözündə adi yaxşı, ya da ki pis təpik
Müəllimin gözündə parta arxasında bir obyekt
Jurnalist gözündə sual-cavab adi bir anket
Bankirin gözündə kredit, bir illik, on illik
Sığorta işçiləri gözündə pul əvəzində əminlik
Dərinlik neft çıxartma institutunda bir buruq
Biz kimik, kiminçün üstündən keçiləsi bir yoluq
Biz kimik ki, əbədi gözəlliklər içdə bir ləkə
Üstünük biz elə düşünürük, o dur ki, nəfsimiz yekə
Bəxtimiz, ümidimiz bağlı daim bir tükə
Qoşulmuşuq kainatda insan adlı bir yükə
Adamyeyən yığımı sanki bütün şəhər, bütün ölkə
Onların gözündə düzdür, bizdə yağlı bir tikə
Görən varmı təhlükə? Gecikməmiş tez qaçsaq
İnsan deyilik mövzusunda söhbəti biz açsaq
[Nəqərat] [Jamal Ali]
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
[Bənd 2] [AiD]
Yenə də mən dilimin ucuna sözümü düzürəm, yüzünün üzünə deyirəm
İstər əbədi, istər ani fikirlərdə mən tək üzürəm
Bir əlimdə əlcəyimlə, o biri əldə mikrafonla
Həyatım adlı marafonda, heç bir taxta həris olmuram
Qayıdaq söhbətə, biz kimin gözündə nə yerdəyik?
Bəzi valideynlər gözündə iş birliyinə vasitəyik
Sənin qızın, mənim oğlum, göbək kəsdi, verdi, getdi
Elə bil ki, insan deyil, personajdı - Sega, Dendy
Ağıl deyil başda fendir, qızların çoxu manikendir
İnstituta gedir evlənməkçün, sino gedir sülənməkçün
Qeyrət hissi dirilib indi, təklənib və döyülüb indi
Siqaret boyda düdüklər də siqaret çəkib böyüyüb indi
Görünüb indi, nəhayət qollarımda qanadlar
Yerəmi endi fəlakət adlı gəlmə qonaqlar?
Kanallar, qoy bu söhbəti çəkməsin!
İnsan deyilik mövzusun efirə verməsin!
[Nəqərat] [Jamal Ali]
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər
Yüz sədd var yollarımda
Düz, səhv var mənim ağlımda
Ayaqlarımda hələ güc var
Zirvəyə tərəf sürünməyə yetər