Bu mənim bəxtimdi
Həyat saldı səni çox uzaq məndən
Vurdu zərbələrin qəlbə öndən
Məni soyuq divarlar alan gundən
Daha xəbərin olmadı yar səndən
Düşür yada xatirələr anlar
Necə xoşbəxt idik bir zamanlar
Bizdən otrü bu gün yaman darixır
İndi boş qalıb həmin məkanlar
Mən sənə məktub yazıram hərdən
Qürbətdən qaranlıq şəhərdən
Göz yaşımı gizlədib hər kəsdən
İçimdə boğuluram mən qəhərdən
Biz qaldıq bir birinə həsrət
Ayrilıqdan betər varmı dəhşət
Belə yazilıb dəyisdirmək olmaz
Bunun adına deyilir acı qismət
Çox heyif dünəndən əsər qalmadı
Düşünməki gözüm sənsiz dolmadı
Gözdə qoydu arzumu zalım fələk
Nə mən deyən sən deyən olmadı
Hamıdan artıq incitmişəm mən səni
Saçlarina vaxtsız salmışam dəni
Tövbə etdim Allahım əhv eyləsin
Yəqin səndə bagıslayarsan məni
Nəqarət
Bu mənim bəxtimdi belə
Bu sənin bəxtimdi belə
Sənsiz ötən bircə gunüm
İndi bərabərdir ilə