Günah ürəyindir bu oyunda,
Duyğularımla bacarmadım.
Lənətə gəlsin! çin olmayan
Arzularımla bacarmadım.
Dərdim uzanıb nilə döndü.
Axdım sənsizlikdən də.
Sənlə də baxmışdım bu yola,
Baxdım sənsizlikdən də.
Qorxduğum hər şey başıma gəlir.
Qorxdum sənsizlikdən də.
Önündə aciz bir adam var
Qorxularımla bacarmadım!
Önündə aciz bir adam var
Qorxularımla bacarmadım!
Günah ürəyindir bu oyunda,
Duyğularımla bacarmadım.
Lənətə gəlsin! çin olmayan
Arzularımla bacarmadım.
Yaşadığım ömrün ağrıların
Sayıram, çoxalır gündə biri.
Axı, saçlarımın günahı nədir?
Daraqda qocalır gündə biri.
Ümidim çox idi dönməyinə
Baxıram, azalır gündə biri.
Bir ümidsizlik içindəyəm
Ağrılarımla bacarmadım!
Bir ümidsizlik içindəyəm
Ağrılarımla bacarmadım!
Günah ürəyindir bu oyunda,
Duyğularımla bacarmadım.
Lənətə gəlsin! çin olmayan
Arzularımla bacarmadım