Biz qalib ölkənin vətəndaşıyiq,
Bizə qardas deyənin qardaşıyıq
Qürbətdə yasasaqda biz bu vətən torpagını,
Nə bir an,unutmadıq uca tutduq bayrağını
Dostlar danısim sizə mən Rastov şəhərindən
Qurbətin gecəsindən işıqlanan səhərindən
Vətənin dar gunündə döndü igidlər vətənə
Bu gün məğrur danişır hamı Qarabağ zəfərindən
Qardaşım yolun düşsə Rastova gəl ,Rastova gəl
Bircə zəng kifayətdizəng elə sən dostuna gəl
Səni mən qarsılaram gözüm üstündə var yerin
Gəl biz badə qaldıraq,nuş eləyək sərin sərin
Rastova yasayan həmvətənlilərim
Qeyrətli ogullarla fəxr elə,Rastov səhərim
Qürbətdə yaşasaqda bir birinə can deyirik
Sənə qurban canimız Azərbaycan deyirik
Rastovda gör necə millət yaşayır
Vətəni xəyal edib hər gecə qürbət yaşayır
Burda toy nisanimız ad günumuz qeyd olunur
Burda adət yasayır burda bu millət yasayir