Bəzən inanmıram , yoxsan yanımda ,
Sənlə görüşürəm yuxularımda .
Ayılıb görürüəm bu evdə yoxsan ,
Nəfəsim daralır , donur qanım da .
Nəqarət
Sən idin dayağım , arxam ay atam ,
Qoymazdın qüssəyə kədərə batam .
Sən idin bir zaman dadıma çatan ,
İndi sənsiz həyat çətindir , atam .
Sən yoxsan , göynəyir sinəmdə yaram ,
Qalır qayğımıza qayğıkeş anam
Bu bizim gəlməzdi heç ağlımıza ,
Əcələ yenilər Qəhrəman adam !