Dünən də gəlmək, istədim
Yanında ölmək, istədim
Qapını döymək, istədim
Əlim gəldi, ürəyim yox!
De, səndən çox şey istədim?
Sadəcə, sevmək istədim.
Ürəyimnən nə istədin ?
Axı, başqa köməyim yox....
Ay sevgimə dəyməyənim..
Neylədiyin bilməyənim,
Həyatıma gəlməyənim,
Xəyalımdan getməzmi heç?
Sarıl ağla biraz, yastığına
Səni and verirəm, saflğına
Aldığın ürək, satdığına
Dəydimi heç....?
Səni, and verirəm illərinə
Darıxanda qopan, tellərinə
Əlin, özgəsinin əllərinə
Dəydimi heç...?
Ay sevgimə dəyməyənim..
Neylədiyin bilməyənim,
Həyatıma gəlməyənim,
Xəyalımdan getməzmi heç?