Yenə eyni gün, fərqli il
Gözlərin, baxışların sanki sehrdir
Başa düşmədim, nə sirdir
Səni tapdım, mən özümü itirdim
Şəhərin qaralıb hər yanı
Sağ-solumdakı mələklər haradadır?
Görürəm, vals oynayırlar
Başım fırlanır, başım fırlanır
[Keçid]
Biz yenə səninlə sərxoş
Şəhər qaralıb, Bakı qalıb boş
İnanma, qulaq asma onlara
Boş ver, bir mahnı qoş
[Nəqərat]
Son gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində
Gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində
[Bənd 2]
Bir ağırlıq var içimdə
Bütün günahlarım eyni ritmdə
Gəldim səmadakı səslərə
Haradasan, ey mənə yolu göstərən?
Səmanın qaralıb hər yanı
Sağ-solumdakı mələklər buradadır
Əllərindəki şərabdır?
Ya başım fırlanır, başım fırlanır
[Keçid]
Biz yenə səninlə sərxoş
Şəhər qaralıb, Bakı qalıb boş
İnanma, qulaq asma onlara
Boş ver, bir mahnı qoş
[Nəqərat]
Son gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində
Gecə səninlə
Əllərim əllərində
Buludların üstündə
Ulduzları saydım gözlərində
Son gecə səninlə
Əllərim əllərində
Buludların üstündə...