Mənim özgə bir aləmim çağım var
Hicran nədir yanımda sevgilim var
Qara gözlü badamı öldürəcək adamı
Mehribanım mələyim alım sənin qadanı
Səlvi sənubərim mənim qoy dolanım başına
Nəğmə deyim dodağına kipriyinə qaşına
Mən bülbüləm otən şirin dilim var
Hər il təzə nübar verən bağım var
Bir bağbanam təzə qönçə gülüm var
Sənin kimi qədir bilən yarım var
Səlvi sənubərim mənim qoy dolanım başına
Nəğmə deyim dodağına kipriyinə qaşına