Hacandı görmürəm səni
Əcəb təsədüf oldu bu
Gəzərdi gözlərim səni
Deyərdim harda qaldı bu
Gözüm kor oldu gəlmədin ömür xar oldu gəlmədin
Görüşmək istəməzdim heç mənim üçün ağır haldı bu
Nə yaxşı tapmışam səni o vaxt itirdiyim kimi
Həyatda qarşılaşmışığ yuxumda gördüyüm kimi
O son görüş yadındamı dedim geckmə birdə gəl
Sən amma birdə gəlmədin gec oldu gördüyün kimi
Nə sən unutmusan məni, nə mən unutmuşam səni
Mən eyni gördüyün kimi, sən gördüyüm kimi
Yadımdadı dediklərim unutmadım unutmaram
İcimdəki bu yanğını soyutmadım soyutmaram
Yarım qalan məhbbəti ürəymə gömmüşəm daha
Mən artig ayrı evdeyem qayıt desən qayıtmaram