Ey dərmanım, səsin gəlir şerlərimdən..
Qaçıb mənim çətirlərimnən,
Kimin yağışlarında islanırsan indi?
Ey sultanım, unutduğum şəhərdə yoxsan..
Nədən bu qış qədər soyuqsan?
Dedim kədərdən od tutub yanırsan indi..
Bu şəhəri sənə görə sevmişdim,
Payızına soyuğuna dözmüşdüm,
Yuxuları sənə görə görmüşdüm,
Ay üzünü görmədiyim..
Gəl mənə xatir, gecənin bir yarısında..
Dayanıb dərd qapısında, məni gözlə.
Gəl mənə xatir, danışarkən yaşamaqdan,
Dayanıb sakit uzaqda məni izlə..
Bu şəhəri sənə görə sevmişdim,
Payızına soyuğuna dözmüşdüm,
Yuxuları sənə görə görmüşdüm,
Ay üzünü görmədiyim..