Ən doğma kəsin tək atıb getdi
Sənə bu dünya xəyanət etdi
Atasız yaşamaq çox çətindir indi
Getdi ömrüvün mənası bitdi
Sən hər bir kəsdən gizlicə
Tənha otagda hər gecə
Ağladın Atasız qız
Çox zalim dünyadı
Nə çəkdiyini bilən olmadı
Göz yaşıvı silən olmadı
Ağladın Atasız qız
Atasizliqdan yanıb alışırsan,
Dərdlərivi sən daşa danışırsan,
Kim nə bilir ki nələr çəkirsən,
Özüvü yorursan boşa danışırsan