» » Ali Ashikar - İlişmişəm Keçmişimdə
Слушать
Скачать
Скачать песню Ali Ashikar - İlişmişəm Keçmişimdə в качестве 320 kbps и длительностью mp3 03:01 или слушать онлайн бесплатно.

Ali Ashikar - İlişmişəm Keçmişimdə

  • Качество: 320 kbps
  • Длительность: 03:01
  • Размер: 6.88
  • Дата релиза: 21.04.2024
  • Артист: Ali Ashikar
Текст песни
İlişmişəm keçmişimdə,
Bir yerə çatmaq üçün anladım ki heçmiş illər,
Hər anı dolu yaşamaq üçün bəlkə də zamanım az,
Bilmirəm sağ qalacam ya öləcəm mən yetmişimdə.

Ömürdən ömür gedir bilinmir heç qədir dəyər,
Sevgini azaltmışam çox sevəndə gedir deyə.
Hər şeyi at qırağa, küsmə mənlə qədrimi bil,
Özün də çəkmə əzab görsən əgər qəbirdəyəm.

Həyatdan aldığım həzz almadığımla eynidir sonunda,
Getmir heç nə yolunda.
Zəif güclü fərqi yoxdur həyat san ki qumardır
Ən güclü olduğun halda atılmaqdır oyundan.

Çəkilməkdir yolundan bu məhəbbətin,
Ailənə bir söz demədən tərk eləmək məmləkəti.
Yox idi səhvim inan sevmək idi qəbahətim, (sevgidirsə)
Bağışla, varsa bir az mərhəmətin.

[Nəqərat]

Bir dənizdə ilana sarılmaqdır həyat,
Doğru sanıb sonra yanılmaqdır həyat.
Boş limanda tənha yorulmaqdır həyat,
Evə gedib və anana sarılmaqdır həyat.

[Bənd 2]

Sənin üçün yazıdğım bu mahnılar bax özgələrinə ümid olur.
Dilim susardı bəlkə onda bağlasaydı kilid onu.
Ürəyin zindanında tapılmışdı igid ölü,
Sən soruşsalar deyərsən ki, mənə görə şəhid olub.

Və sevdiyim qədər sevilmədim bu ən birinci dərs,
Sevdiyim ən çox gözündü ikinci səs.
Elə getdin görmədim ikinci kəz,
Üzdüm əlimi hər şeydən çün üçüncü bəs.

Əbəs gedirdi illərim bu yol sonunda dinlənib,
Düşündüm. Hisslərimiz bəlkə burda kirlənib.
Zəhərlənib bütün bədən və mən qocalmışam,
Heyif ki, cavanlığım badına getdi kimlərin.

Və çox yorulmuşam inan ki, əməklərimin hamısı boşa,
Getdi mənim həyatımı vurdu daşa, çıxdı başa.
Ashikaram düşməmişdi zərimə qoşa,
Qayalara çırpınan dəniz gözlərinlə kaş qovuşa.

[Nəqərat]

Bir dənizdə ilana sarılmaqdır həyat,
Doğru sanıb sonra yanılmaqdır həyat.
Boş limanda tənha yorulmaqdır həyat,
Evə gedib və anana sarılmaqdır həyat.
По всем вопросам пишите на: [email protected].