Apar məni zaman apar , o illərə o anlara
Düşübdür dağ ömür qəfil , görünməyən dumanlara
Nəsihətim var , ömrünü hədər edib satanlara
Ömür çətin düşər ələ qayıtmaq olmur əvvələ..
Bənd 1
Sürən sürübdür çox səfa , çəkən çəkibdir çox cəfa
Nə dost olubdur həmdəmim , nə yarda görmüşəm vəfa
Heyif ötüb keçən ilə qayıtmaq olmur əvvələ
Kaş hamı dərk edib bilə qayıtmaq olmur əvvələ
Bənd 2
O körpə ruhu aldadıb , şirin nağıl danışmışam
Mən o vəfasız afətə , ürək verəndə çaşmışam
Mənim də talehim budur , deyib - gülüb barışmışam
Kaş hamı dərk edib bilə qayıtmaq olmur əvvələ