Kimlər aldı səni məndən
Axı bu qədər qəlbdən
Sevməz heç kəs səni
Axtarır hey gözlər məni
İndi mənsiz həyatın de görüm xoşdumu
O dediyin arzuların xəyalların boşdumu
Bir damla insafın heç vicdanın yoxdumu
Tanrı qulunun sevdi tək sevdim səni
Bəsdir məni hər gün çəkdin darə
Dərdi verdin getdin axtarar oldum çarə
Hər şeyimi aldın daha nə verim bu eşqə
Məndə bitmədi sevgin səndə isə bəhanə
Dərdlər mənə qaldı səndən
Daha heçnə gəlməz əldən
Bitdi sənlə nağılımız
Olmadı heç bir şansımız