[Bənd 1]
Aylar keçdi tez illər ötdü
Xoşbəxtliklər səninlə getdi
Səndən başqa kimsəm yoxdur
Özündə yoxsan xeyli vaxtdır
[Nəqərat]
İstəməzdik olsun oldu olmayaydı kaş
Səni yad əllər əllərimdən almayaydı kaş
Sevgimizdə yarı yolda qalmayaydı kaş
[Bənd 2]
Bu nağıl sonuna yetəcək
Fələyin oyunu bitəcək
Biz dedik üzümüz bəxtimiz güləcək
Bilmədik elə bir gün gələcək
Zamansız ayrılıq qapımızı döyəcək
[Nəqərat]
İstəməzdik olsun oldu olmayaydı kaş
Səni yad əllər əllərimdən almayaydı kaş
Sevgimizdə yarı yolda qalmayaydı kaş