Yaz notlara dərdimi ,
Mənə ümid bəstələ...
Dərdlərimə nəfəs ver,
Nəğmələrində səslə.
Küsən xəyallarımla,
Dumanlarda gəz məni.
Soyuğunda azdığım
Həsrətinlə kəs məni.
Dərdimin notlarını
Heçkəsə vermə, saxla.
Bu bir ömür sirrimdi,
Darıxsan oxu, ağla!
Dərdimin tumarı var
Yağan yağışlarında.
Həsrətin buz bağlayıb,
Donan baxışlarında.
Küsən xəyallarımla
Dumanlarda gəz məni.
Soyuğunda azdığım,
Həsrətinlə kəs məni.
Dərdimin notlarını,
Heçkəsə vermə, saxla.
Bu, bir ömür sirrimdi,
Darıxsan oxu, ağla!
Gecənin yaxasından
Asılan ulduz kimi.
Qaranlıqlar içində
Susmuşam yalqız kimi.