Ayaz Babayev:Uzaq Ol Ondan Sözlər
Hamıdan uzaq,bir küçənin içində,
Oturub ikimiz,
Baxım gecənin içində,gözlərinə səssizcə,
Tutum əlindən …
Olaq uduzan,həyatda hər şeyi,
Təki qalaq ikimiz !
Mən səninlə bütünəm,
Mən səninlə bütünəm!
Hamı deyir uzaq ol,uzaq ol ondan!
Düşürəm bu tələyə-tuzağa sonda,
Gedə bilmərəm axıra bu yolda,
Necə uzaq olum,uzaq olum ondan ?!
Üzünü çevirirsən duyğuların hamısına,
Sevgini anlamıram,yarı yalan-yarı sınaq.
Zən edib ara-sıra,mən evinin qarşısında,
Dayanmışam gözləyirəm gecə dördün yarısından.
Ya düş aşağı gedək,
Unut məni daha yada.
Sevən inanmıram,ürəyini verə yada !
Cavab ver bu fəryada,bir kəz barı bu dünyada,
Gəl mənimlə birgə gülək,
Unut məni daha yada !
Hamı deyir uzaq ol,uzaq ol ondan!
Düşürəm bu tələyə-tuzağa sonda,
Gedə bilmərəm axıra bu yolda,
Necə uzaq olum,uzaq olum ondan ?!