Açdı insanlığa çöhrəndə təbəssüm çiçəyi
Bizə öyrətdi bəşər qəlbini fəth eyləməyi
Əhli-beytin yolu görsənməsə rəftarında
Hamı görməzdi o məsumluğu rüxsarında
Sən gedəndən baxaraq rəsminə məftun-məftun
Kərbəladan dediyin sözləri xatırlamışıq
Cümələr boylanaraq minbərə məhzun-məhzun
Əli sevdası hopan gözləri xatırlamışıq
Sənə qəlbində yananlar yığışıb ağlasalar
Bəlkə dünyaları qərq etmək olar göz yaşına
Necə sağlıqda yığardın bizi Məşhəd Dadaşa(Allah evinə)
İndi cansız cəsədin yığdı məzarın başına
Nəqarət
Sən gedəndən hacı Şahin hacı Şahin demişik
Nə dualar deyilib ruhuna amin demişik
Sənə Ruhani müəllim sənə ustad sənə dost
Hər birindən qabaq amma sənə mömin demişik
Sən xətibsən sözü hikmət bulağınnan su içən
Sən ədibsən bizə irfani yaşam dərsi keçən
Sən çıraqsan üzü eşqin günəşindən nur alan
Sən ocaqsan közü zülmətlərə ay nuru salan
Rəhmət olsun sənə ey xütbəsi dəvət səbəbi
Səslədin ümməti Allahına Peyğəmbərinə
Özgə insanların olduqca hidayət səbəbi
Özgə taleyləri iz saldı əməl dəftərinə
Sənə ustad kimi qiymət verib ustadlarımız
Bir də yüksəklərə yüksəlmiş adın yüksələcək
Böyüyür xütbələrinlə bizim övladlarımız
Gələcək günlərimizdən sənin ətrin gələcək
Nəqarət
Sən gedəndən hacı Şahin hacı Şahin demişik
Nə dualar deyilib ruhuna amin demişik
Sənə Ruhani müəllim sənə ustad sənə dost
Hər birindən qabaq amma sənə mömin demişik
Hara getsək Hacı Şahin deyilib can demişik
Sənə sevdalı könül məbədin ünvan demişik
Sənə təqvalı,sədaqətli,səxavətli hacı
Hər birindən qabaq amma sənə insan demişik