Ay qara gözlüm mənim
Səndədi qəlbim mənim
Aşiq olandan bəri
Olmuşam artıq dəli
Məni məst eylədi səndə o dərin baxışlar
Məni eşq dərdinə saldı dəlisov baxışlar
Bu nə haldır deyə sordum axı dost tanışdan
Birinə aşiqəm dedim
Mənə can verdi həyatım sənin hər bir sözün
Sənə qurban edərəm mən bu cahanda yüzün
Necə bir ovsuna saldın səni tapdım özüm
De görüm mənə neylədin