Görüşdük pillələrdə yolun yarısında biz
Sən qalxırdın bu dəmdə mən enirdim xəbərsiz
Səni arzularına qaldlrırdı nərdivan
Məni xatirələrə endirirdi bu zaman
Birimiz gün çıxana birimiz gün batana
Qalxa biməzdim daha nə o güc nə o taqət
Sən də enə bilməzdin haqlı -haqsız
Vermişd öz hökmünü təbiət
Gərək ya heç bu görüş düşməyəydi araya
Ya sən əvvəl gələydin ya mən sonra dünyaya
Dünya bir nərdivandır qalxanda mehribandır
Enəndə nə yamandır