Darıxıdım Darıxdım
Mənəm səni gecələrdən soruşan
Mənəm yenə öz özüylə danışan
Mənəm yenə güzgüdə özünə baxıb
Öz əksiylə kölgəsiylə savaşan
Sən gedəndən soyuyubdur odalar
Dözmək olmur sıxır məni buralar
Səndə bir məktub yaz bilim necəsən
Çox nigaranam nəcürdur oralar
Getdiyin o yollara baxdım baxdım mən
İçib için yar özümü yıxdım yıxdım mən
Nə günüm gün olmadı gecəm gecə biləsən yar
Yenə darıxmışam darıxdım darıxdım mən
Mənəm yenə səndən ötrü darıxan
Mənəm yenə beli əyilən sınıxan
Mənəm sənsiz səni gecələr gəzən kəs
Axı deyirdin ayrilmarıq getdin bəs