Sən bir ömürlük dərssən
Sən ayrılıq qədərsən
Əlini ver, tələsmə
Bir az ayrılaq, gedərsən
Gözə görünməz fəza
Sən beş vaxt qəza
Məni mürəkkəb edib yazan
Bu geştalt əzabdır
Dünən yox idin, indi varmısan?
Yerdə qarmısan?
Bulud, briz, Romeo
Sətirlərində gizli intiharmısan?
İndi haradasa
Axtar özünü, bu qədər sən
Başlıqlı cümlələrin içində
Arzu çindir, sənsə həmin o sədd, divarmısan?
Və hər məqamı
Çətin edən sualmısan?
Gecələr şeytan toxunuşu
Səhərlər duammısan
Ki bitməsin bu sehr?
Guya kim bir ömür sevir?
Gəl başlayaq sıfırdan
Qalaq əbədi ürəyimin
Hasarına asılan qıfıldan
[Nəqərat]
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada
[Bənd 2]
Duyğularını borc verib çiçək kimi solan
Mənfilərimi xaç edib ürək kimi asan
Bu qədər qəm, bu qədər kədər
Musiqidə kimə asan?
Sən həzin üzüntü verdin
Oldum xəstəlik, azar
Sən əlacsan
Saçlarımda tacsan
Buludlar ağlar, əgər ki göyə
Baxıb əl açsan
Qulağımda səs
Sən bir ömürlük bəssən
Danışdıqca batıram
Əlimi tut və sözümü kəs sən
[Keçid]
Dərin izlər
Yenə dizdən
Dənizlər, okeanlar
İstəmir, biz üzək
Dərin hisslər
Yenə bizdə
Dənizlər, okeanlar
İstəmir, biz üzək
[Nəqərat]
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada