Ömrü vaxtsız bitirən qardaşa qurban olaram
Mən ölüm mənim yerimə sən yaşa qurban olaram
Doyunca eşitmədik biz heç ana laylasını
Duymadıg sevgisini, qayğısını, sevdasını
Cün uşaqdıq dəyişərkən anamız dünyasını
Atamız catdırıbdı boya başa qurban olaram
Necə il baxdı bizə dul qəmi üst-üstə ata
Narahat gözləri yolda qulaqı səsdə ata
Cavan idik dəyişəndə hıyatın xəsdə ata
Başımız dəyibdi daşdan daşa qurban olaram
Bu yetim qardaşının bəla tutubdur başını
İtirənnən o səni saxlamayır göz yaşını
Niyə tək tənha qoyub tərk elədin qardaşını
Catmadın arzu etdiyim yaşa qurban olaram
Catmadın arzu etdiyin yaşa qurban olaram